NanoFilter – Foto & Video Çəkiliş
NanoFilter - Təmiz Su Sağlam Həyat
NanoFilter-in su filtrasiyası sistemlərinin həm məhsul kataloqu, həm də reklam məqsədli təqdimatı üçün foto və video çəkilişlər həyata keçirdim. Məhsulların texniki detalları aydın şəkildə görünməsi üçün studiya şəraitində peşəkar işıqlandırma və makro kadrlar tətbiq olundu. Video çəkilişdə isə brendin etibarlılığı və gündəlik həyatda istifadəsi ön plana çıxarıldı. Nəticədə şirkət həm sosial şəbəkələr, həm də korporativ təqdimatlar üçün müasir və cəlbedici vizual materiallar əldə etdi.