Dayanıqlı İnkişaf və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Simpozium
Dayanıqlı İnkişaf və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Skaut Simpoziumu – Bakı
4–6 yanvar 2025-ci ildə Bakıda keçirilən Dayanıqlı İnkişaf və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Skaut Simpoziumunun rəsmi çəkilişlərini həyata keçirdim. Üç gün davam edən tədbir zamanı gənc liderlərin çıxışları, panel müzakirələri və rəsmi sessiyalar foto və video vasitəsilə sənədləşdirildi. Çəkilişlərin əsas məqsədi tədbirin əhəmiyyətini, iştirakçıların fəallığını və ekoloji mesajları canlı şəkildə əks etdirmək idi.