Chinar Wine House üçün çəkiliş
Chinar Wine House - Premium Brendlər
Chinar Wine House üçün hazırladığım məhsul çəkilişlərində məqsədim brendin premium imicini ön plana çıxarmaq idi. Şüşələrin teksturasını, qablaşdırmanın zərif detallarını və hər bir məhsulun özünəməxsus xarakterini vurğulamaq üçün studiyada peşəkar işıqlandırma və minimalistik fon istifadə etdim.